TQDK yeni dərsliyi bəyənmədi

TQDK yeni dərsliyi bəyənmədi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 8-ci sinif şagirdlərinin istifadəsinə verilmiş “Azərbaycan dili” dərslik komplektinin nəşrəqədərki modelinin tələblərə cavab vermədiyini açıqlayıb.

Komissiyadan Aktual.az-a bildirilib ki, Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış və bu tədris ilində nəşr edilərək 8-ci sinif şagirdlərinin istifadəsinə verilmiş “Azərbaycan dili” dərslik komplektinin nəşrəqədərki maketinin qiymətləndirilməsində iştirak edən qurumlardan biri də TQDK olub.

2015-ci ilin əvvəlində dərsliyin maketi TQDK-nın ekspertləri tərəfindən “Dərsliklərin qiymətləndirilməsi meyarları” əsasında dərsliyin və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından təhlil edilərək rəy hazırlanıb.

Maketin qeyd edilən meyarlar üzrə tələblərə cavab vermədiyi rəydə göstərilib və rəy Təhsil Nazirliyinə göndərilib.

Xəbər 646 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR