TQDK-dan bu abituriyentlərə XƏBƏRDARLIQ

TQDK-dan bu abituriyentlərə   XƏBƏRDARLIQ

2016/2017-ci tədris ili üçün 1 nömrəli Bakı Tibb Kollecinin "İdman və müalicə masajı" ixtisasına gözdən əlil abituriyentlərə plan yerləri ayrılıb.

Aktual.az bildirir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması məqsədilə 2014/2015-ci tədris ilindən başlayaraq 1 nömrəli Bakı Tibb Kollecinin "İdman və müalicə masajı" ixtisasına gözdən əlil olan gənclər üçün dövlət hesabına plan yerləri ayrılır. 2016/2017-ci tədris ili üçün də 1 nömrəli Bakı Tibb Kollecinin "İdman və müalicə masajı" ixtisasına gözdən əlil abituriyentlər üçün plan yerləri ayrılıb.

Həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan 1-ci və 2-ci dərəcəli gözdən əlil abituriyentlər tələb olunan sənədləri avqustun 1-dən 15-dək TQDK-ya (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m ) və ya TQDK-nın Regional bölmələrinə təqdim etməlidirlər. Sənədlər Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən verilən əlilliyi təsdiq edən arayış, yaşadığı ərazi üzrə poliklinikadan "peşəyə yararlılıq haqqında" tibbi arayış (AZS №086), "Abituriyentin elektron ərizəsi"dir.

Qeyd edək ki, müsabiqə bu il iyulun 5-də keçirilmiş imtahanın nəticələrinə əsasən aparılacaq. Cari ilin məzunları isə müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edəcəklər.

Müsabiqədə ümumi balı 20-dən, Ana dili və riyaziyyat fənlərinin hər birindən minimal balı 8-dən az olmayan (xarici dil və ya kimya fənni üzrə minimal bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlər iştirak edə bilərlər.

Xəbər 587 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR