TQDK cəbhə bölgəsində komissiyalar yaradır

TQDK cəbhə bölgəsində komissiyalar yaradır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Füzuli, Tərtər və Goranboy rayonlarının ümumtəhsil müəssisələrini əvvəlki illərdə bitirən məzunlarının elektron ərizələrini rahat şəraitdə təsdiqini təmin etmək üçün səyyar Sənəd Qəbulu Komissiyaları (SQK) yaradıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, səyyar SQK-lar aprelin 11-15 tarixinədək 10:00-17:00 saatlarında fəaliyyət göstərəcək.

SQK-lar Füzulidə Təhsil şöbəsində, Tərtərdə Gənclər Mərkəzində, Goranboyda isə Heydər Əliyev Mərkəzində olacaq.

Cari ilin məzunları elektron ərizələrini SQK-ya müraciət etmədən özləri təsdiq edirlər.

Xəbər 402 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR