2016/2017-ci tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 3 aprel tarixində keçirilmiş birinci mərhələsi ilə (baza fənləri üzrə) əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Apellyasiya Komissiyası yaradılıb.
Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə TQDK-dan məlumat verilib.
Qeyd olunub ki, Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir: “Namizədlər Apellyasiya Komissiyasına 2016-cı il aprelin 4-dən 6-dək saat 10.00-dan 17.00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər”.