Təhsil Problemləri İnstitutunun (TPİ) direktorunun səlahiyyətləri Emin Əmrullayevə həvalə olunub.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, E. Əmrullayev Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiridir.
Təhsil Nazirliyindən faktı təsdiq ediblər.
Qeyd edək ki, TPİ-nin keçmiş direktoru Qulu Novruzov Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru vəzifəsinə təyin olunub. Azərbaycan Dövlət Pedaqoji Kollecinin keçmiş direktoru Nurlana Əliyeva isə təhsil nazirinin müşaviri vəzifəsinə təyin olunub.