“Toyota” rəhbərinə Rusiyaya giriş qadağan edildi

“Toyota” rəhbərinə Rusiyaya giriş qadağan edildi

Rusiya "Toyota” şirkətinin rəhbəri və digər 12 yüksək vəzifəli yapon iş adamının ölkəyə girişini qadağan edib.
Aktual.az xəbər verir ki, Rusiya XİN-in dərc etdiyi siyahıda "Toyota”nın sədri Akio Toyota, "Rakuten”in rəhbəri Hiroşi Mikitani və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin prezidenti Akihiko Tanakanın da adı var.
Məhdudiyyət qoyulmasına səbəb Yaponiyanın Ukrayna böhranı məsələsində Rusiyanı "işğalçı” adlandırması və Tokionun sanksiyalarıdır.
Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi isə Rusiyanın bu qərarını qəbuledilməz adlandırıb:
"Bütün sanksiyalarımız Rusiyanın Ukraynaya müdaxiləsindən qaynaqlanır və bu, beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır”.
Qeyd edək ki, Yaponiya Ukrayna məsələsində Qərbin mövqeyini qəti şəkildə dəstəkləyib, Kiyevə maliyyə və maddi dəstək göstərib, rusiyalı şəxslərə və təşkilatlara sanksiya tətbiq edib.
Xəbər 170 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR