Toydan qayıdan ailə üzvləri və qohumlar qəzaya uğrayıb.
Aktual.az APA-ya istinadən xəbər verir ki, avtoqəza hadisəsi saat 1.00 radələrində Bakı-Qazax magistralının 124-cü kilometrliyində, Hacıqabul rayonu ərazisində qeydə alınıb. Bakı sakini, 1977-ci il təvəllüdlü Həsənov Namiq Firudin oğlunun idarə etdiyi "Toyota Rav" markalı 90 VU 363 dövlət nömrə nişanlı avtomobil beton səddə çırpılaraq bir neçə dəfə aşıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər- Bakı sakinləri, 1992-ci il təvəllüdlü Əhmədov Kamandar Rəhim oğlu, 1991-ci il təvəllüdlü Əlili Anar Nofəl oğlu və 1963-cü il təvəllüdlü Mahmudova Tahirə Məlik qızı müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.