Toyda həmkəndlisini bıçaqlayan şəxs ölkədən qaçarkən saxlanıldı

Toyda həmkəndlisini bıçaqlayan şəxs ölkədən qaçarkən saxlanıldı

Şəmkirdə gənc oğlanı bıçaqlayan şəxs saxlanılıb.

ARB Kəpəz xəbər verir ki, Şəmkirin Dağ İrmaşlı kənd sakini, 22 yaşlı Vüsal Əsgərovu bıçaqlayan şəxsin kimliyi məlum olub.

Müəyyən edilib ki, Əsgərovu həmkəndlisi, 22 yaşlı Əvəz Qarayev bıçaqlayıb. Həmin şəxs ölkəni tərk edərkən sərhəddə saxlanılıb.

Xatırladaq ki, Vüsal Əsgərov dekabr ayının 18-i günorta saatlarında döş boşluğunun sol yarısının daxilə keçən kəsilmiş-deşilmiş yarası ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralı əməliyyat edilib, vəziyyəti kafidir.

İlkin məlumatlara görə, tərəflər arasında mübahisə kənddə keçirilən toy məclisində yaranıb. Bu zaman əsəbinə hakim ola bilməyən Əvəz Qarayev həmkənlisinə bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.
 
 

Aktual.az
Xəbər 558 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR