Lənkəranda toyda bıçaqlanma faktı qeydə alınıb.
Aktual.az-ın APA-ya istinadən məlumatına görə, hadisə avqustun 17-də saat 23.00 radələrində rayonun Qrumba kəndində qeydə alınıb. Toyda yeyib-içən kənd sakinləri, 61 yaşlı Camal Şəkərovla 40 yaşlı Səxavət Haqverdiyev arasında şəxsi münaqişə yaranıb. Nəticədə həmkəndlilər bıçağa əl ataraq bir-birinə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Ətrafdakıların müdaxiləsi ilə C.Şəkərov və S.Haqverdiyev dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda həkimlərin nəzarəti altında olan yaralılara müvafiq tibbi yardım göstərilir.
Rayonun hüquq mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıblar.