Abşeron rayonunda baş verən kütləvi davada iki nəfər bıçaqlanıb.
APA-nın məlumatına görə, hadisə rayonun Aşağı Güzdək qəsəbəsində keçirilən toy məclisində baş verib. Yaralılar Bakıdakı Kliniki Tibbi Mərkəzə və Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına gətiriliblər. Kliniki Tibbi Mərkəzə çatdırılan Buksay Səhrab oğlu Zərbəliyevin vəziyyəti ağır olsa da, həkimlərin səyi nəticəsində həyati təhlükəsi aradan qaldırılıb. Respublika Xəstəxanasına yerləşdirilən digər yaralının vəziyyəti isə orta ağır qiymətləndirilir. Məlumata görə, paytaxt xəstəxanalarına gətirilən yaralılar Aşağı Güzdək qəsəbəsində keçirilən toyda baş verən kütləvi dava nəticəsində bıçaqlanıblar.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
// Aktual.az