Tovuz rayonunda mübahisə zəminində qohumunu bıçaqlayan şəxs saxlanılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Əlibəyli kənd sakini, 1970-ci il təvəllüdlü Səməd İlqar oğlu Bayramov şəxsi münasibətlər zəminində qaynı, 1962-ci il təvəllüdlü Qurbanov Sahib Xankişi oğlu tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyata alınıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.
Aktual.az
Xəbər 665 dəfə oxunub.