Tovuzda birmərtəbəli fərdi yaşayış evində partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Aşağı Öysüzlü kəndində ümumi sahəsi 40 m² olan Yanğın hadisəsi olmayıb. Partlayış zamanı evdə sahəsi 20 m² olan bir otaq və bitişik talvar uçub.
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 2 nəfəri dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Xəbər 437 dəfə oxunub.