Tovuzda evdə partlayış olub.
Aktual.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Tovuz rayonu, Alakol kəndində vətəndaşa məxsus ümumi sahəsi 260 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsinin 1 otağında məişət qazının sızması nəticəsində partlayış baş verib.
Nəticədə taxtadan ibarət mərtəbələrarası arakəsmə, pəncərə çərçivələri və 1-ci mərtəbədə yerləşən 1 otağın xarici divarı dağılıb. Yanğın hadisəsi olmayıb. Partlayış zamanı 1 nəfər xəsarət alıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Aktual.az