Tovuz rayonunda boynundan arı sancan qadın ölüb
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Tovuz şəhərində 46 yaşlı Hicran Ələsgər qızı Məsiyevanı boyun hissəsindən - şah damarının üstündən arı sancıb. Nəticədə vəziyyəti ağırlaşan qadın sonra ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, H.Məsiyevanın ailəsi arıçılıqla məşğuldur. Hadisə o, yaşadığı evin həyətində olarkən baş verib.
Aktual.az
Xəbər 499 dəfə oxunub.