Tovuzda 8000 manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

Tovuzda 8000 manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

Tovuz rayonundaoğurluqda şübhəli bilinən şəxs saxlanılıb.


"Report"un Qərb Mərkəzinin məlumatına görə, oktyabrın 18-də Tovuz Rayon Polis Şöbəsinə rayonun Qovlar şəhər sakini ərizə ilə müraciət edərək naməlum şəxs və ya şəxslərin onun yaşadığı evə qanunsuz daxil olaraq oradan 8000 manat dəyərindəqızıl-zinətəşyaları oğurladığını bildirib.

Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Qovlar şəhər sakini Ayaz Qasımov saxlanılıb.Dindirilmə zamanı o, törətdiyi oğurluq hadisəsini etiraf edib.

Faktla bağlı araşdırmalar aparılır.

Xəbər 263 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR