“Azərbaycana medalsız qayıtmadığıma görə çox sevinirəm”.
Aktual.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Rio Olimpiadasında Azərbaycana gümüş medal qazandıran güləşçimiz Toğrul Əsgərov bildirib.
“Bildiyimiz kimi, Olimpiya oyunları 4 ildən bir keçirilir. Azərbaycana medalsız qayıtmadığıma görə çox sevinirəm. Amma istəyərdim qızıl medal olsun.
İlk iki hissə final görüşündən çətin, ağır idi. Finalda rəqibin başı ya çiyni almacıq sümüyümə dəydi, gözüm qaraldı, döşəyi görə bilmirdim. Hər şey bir anın içində baş verdi, heç bilmədim.
Bütün bunlara baxmayaraq sevindirici hal odur ki, vətənə medalsız qayıtmıram. Elə olsaydı çox heyfslənərdim, neçə illik əziyyətim puç olardı. Qızıl medalı əldən verdiyimə görə özümü bağışlamaqda çətinlik çəkirəm”, - deyə T. Əsgərov söyləyib.
Aktual.az