Toğrul Əsgərov: Gözüm qaraldı, döşəyi görə bilmirdim

Toğrul Əsgərov: Gözüm qaraldı, döşəyi görə bilmirdim
  • İDMAN

“Olimpiya Oyunları 4 ildən bir keçirilir, sevinirəm ki, buradan Vətənə medalsız qayıtmadım, qayıtsaydım, neçə illik əziyyətim heçə gedərdi. Amma istərdim ki, qızıl olsun”.

Aktual.az  Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, bu sözləri Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Toğrul Əsgərov deyib.

O, finalda məğlubiyyətinə belə aydınlıq gətirib:

“Finaldan öncə keçirdiyim yarımfinal görüşü ağır oldu. Final görüşündə rəqibin bilmirəm başı, ya çiyini almacıq sümüyümə dəydi, gözüm qaraldı, döşəyi görə bilmirdim. Hər şey bir anda baş verdi, heç bilmədim, necə oldu”.

Xəbər 596 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR