Torpaqlar təyinatına uyğun istifadə edilmir - VİDEO

Torpaqlar təyinatına uyğun istifadə edilmir   - VİDEO

Torpaqları əsassız zəbt olunur və təyinatı üzrə istifadə olunmur.

Aktual.az  xezerxeber.com-a istinadən bildirir ki,  Əmlak Məsələləri Dövlət Komitəsi torpaqlardan təyinatına uyğun istifadəyə nəzarət edilməsi, əsassız zəbt olunması, mühafizə zonaları ilə bağlı pozuntuların qarşısının alınması üzrə torpaq reydləri və monitorinqlərini davam etdirir. Nəticədə indiyədək 304 balıq gölünün yaradıldığı müəyyən edilib. Belə süni balıq göllərinə ən çox Neftçala, Salyan, Biləsuvar, Hacıqabul, Saatlı, Sabirabad, İmişli, Yevlax rayonlarında rast gəlinir. Həmin göllər vətəndaşların mülkiyyətinə pay torpağı kimi verilmiş əkin sahələrində, dövlət mülkiyyətinə aid qış otlaqlarında, dövlət ehtiyat fondu torpaqlarında və bələdiyyə mülkiyyətinə aid örüş-otlaq sahələrində yaradılıb.

Monitorinqlər zamanı aşkarlanmış süni balıq gölləri ilə bağlı inzibati protokollar tərtib edilərək cərimələr tətbiq olunub.

Komitə tərəfindən  belə reydlər növbəti rayonlarda da keçiriləcək.

Xəbər 435 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR