Tanınmış prodüser Tolik (Tarix Əliyev) Alternativ TV-də (Region TV) yayımlanan "Şou məkan" verilişinə eksklüziv açıqlamalar verib.
Aktual.az xəbər verir ki, tamşaçılardan gələn sualları cavablandıran prodüser şou-biznes nümayəndələrini sərt tənqid edib:
"Şou-biznesdə elə insanlar var ki, məndən narazıdırlar, bəzilərini də mən sevmirəm. Elələri var ki, təsadüfən şou-biznesəgəliblər. Elə bil,yolu azıb, düşüblər şou-biznesə. Mən də belələrindən narazıyam"
Prodüser sənətə başlamağından və Röya ilə ilk tanışlığından danışıb:
"Mən 2-3 illik Almaniyayagetmişdim. Orada Dünya Azərbaycanlıları Konqresində İlhamə Quliyeva ilə tanış oldum, onun dəvəti ilə Bakıyagəldim. Bakıda keçirilən mükafatlandırma mərasimində bir qızgördüm, kepkada, cırıq cinsdə. O xanım Röya imiş, o vaxt Röyanı tanımırdım. İlhamə xanım məni Röyaya bacısıoğlu kimi təqdim elədi, tanış olduq. Bir ay sonra Nabranda Röya konsert verirdi, mən də orada idim. Röya mənigördü, dedi ki, mən səni tanıyıram, sən İlhamə xanımın bacısıoğlusan. Onda mənim adım Tolik də deyildi,hamı məni Tarix kimi tanıyırdı. Tolik adını mənə Röya verib. Röya ilə dostlaşdıq. Röyanın prodüseri xalasıqızı idi, o xanım sevgilsi ilə qaçdı, evləndi. Röya prodüsersiz qaldı, mən onun işlərinigörməyə başladım. Beləliklə də, Tolik oldum".
Prodüser ailə qurmama səbəbini açıqlayıb:
"Bəziləri kimi reklam xətrinə ailə qurmaq istəmirəm. Elgözünəgörə bu addımı atmaq istəmirəm.Ailə qursam, birgünxəbəriniz olacaq ki, 1 övladım var. Ailə qurduğumuheç kim bilməyəcək. Məni belə qəbul eləsinlər".
Tolik, "Azərbaycanda prodüser məktəbi açmaq fikriniz varmı" sualını belə cavablandırıb:
"Mən başımdan yekə işgörmərəm. Azərbaycanda sayılıb-seçilən prodüserlər var ki, onlar mənim üçünhər zaman məktəbdir. Mən onların yanında belə bir təşəbbüs irəli sürə bilmərəm, bu mənə yaraşmaz".
Məşhur prodüser məhkəməlik olduğu NatavanHəbibi ilə necə barışdığını da açıqlayıb:
"Mən üzr istəməyi bacarıram, amma baxır kimdən. Əgər o üzrü "Tolik məndən qorxdu" deyə qəbul edərsə, o adamdanheç vaxtüzr istəmərəm. Məsələn, bugün mən NatavanHəbibi ilə barışmışam. Qərib bir ölkədə barışdıq. İndi də bir yerdə otururuq,görüşürük, o səmimiliyihiss edirəm. Natavanın anası ilə qarşılaşsam, üzr istəyəcəyəm. Deyəcəyəm ki, sənə böyükstres yaşatdığım üçün bağışla. Bu normal bir şeydir, əksiklik, yaxud qorxaqlıq deyil".
Prodüser öz adının fərqliliyindən danışıb:
"Atam deyir ki, bilsəydim sənə atamın adını qoymazdım. Zarafatla deyir bunu. Adım şou-biznesdə fərqlidir. Onagörə də tarixdə qalacağam".
Aktual.az