Xalq artisti Aygün Kazımova və müğənni Roza Zərgərli arasında başlayan qalmaqala prodüser Tolik də münasibət bildirib.
Aktual.az publika.az-a istinadən xəbər verir ki, prodüser Roza Zərgərlini xalq artistinin əleyhinə sifarişli məqalələr yazdırmaqda günahlandırıb:
“Mənim Roza ilə heç bir problemim yoxdur. Problem olsa, guya nə olacaq? Azərbaycanın ən ucqar rayonunda belə, Aygün Kazımovanı hər kəs tanıyır. Bu, faktdır. Görəsən, Roza Zərgərlini kim tanıyır? Özünə “Qara dama” titulu verib. Hər kəs özünə titul verə bilər, amma xalq artisti ola bilməz. Kimin sözü varsa, buyursun. Hər kəsə veriləcək cavabım var”.
Tolik Roza Zərgərlinin ATV-də “Bakı vaxtı ilə” verilişini aparmasına da söz atıb:
“Aygün Kazımova ayda 20 min manat verib veriliş aparmayıb. Onun adı brend olub.
Prodüser açıqlamasında Kazımovanın eşq həyatına söz atanlara da cavab verib:
“Kimin neçə kişisi olduğunu sən haradan bilirsən? Yanlarında olmusan? Özü deyib də. Gizlətməyib ki! Bəziləri kimi əri yoxdur. Əcəb edib. Aygünü sevən belə də sevir”.
// Aktual.az