Prodüser Tarix Əliyev (Tolik) birlikdə çalışdığı xalq artisti Aygün Kazımova ilə iş birliyinə son qoyub.
Axşam.az-ın məlumatına görə, prodüser bu haqda sosial şəbəkədə yazıb:
"Bir ilə yaxın zamandır iş birliyimiz olan Aygün Kazımovadan ayrılmaq qərarı aldım. Bizim işlərimiz uğurlu olub, hər zaman bəzi prodüserlərdən seçilmişəm. Çünki müğənniyə pula görə yox, sənətinə dəyər vermişəm. Hər zaman Aygün Kazımovanın dostuna dost, düşməninə düşmən olmuşam. Baxmayaraq ki, o düşmənlər mənə heç nə etməyib. Amma mən Aygün xanıma görə, hamıyla mübarizə aparmışam. Mənim də sevmədiyim insanlar var. Məndə belədir, ya mən, ya onlar. Seçim isə insanın özünə qalır. Hər kəsə uğurlar. Mən 13 ildir beləyəm. Əkizlər bürcü olmağıma baxmayaraq, bir üzüm var. Eltonla iş birliyimiz davam edir. Bu günlərdə yeni ad yanına gəlsə, təəccüblənməyin. Axı mən təlabatlı prodüserəm".
Tolik daha sonra "Hər zaman özümə hörmət qoymuşam. Müğənninin prestiji və statusu mənə vacib olub. Amma özümü hamıdan çox istəmişəm. Qarşılıqlı hörmət tələb etmişəm. Əgər olmursa, deməli, sən sağ, mən salamat" deyə, əlavə edib.