Tokio olimpiadasının 2021-ci ildə keçirilməsi üçün mümkün tarix açıqlandı

 Tokio olimpiadasının 2021-ci ildə keçirilməsi üçün mümkün tarix açıqlandı

Təxirə salınmış Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci ildə mümkün keçirilmə tarixi müəyyənləşib. 

"Report"un məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Koordinasiya Komissiyasının rəhbəri Con Kouts "Reuters"ə açıqlama verib. O bildirib ki, hazırda gələn ilin iyul - avqustunda "pəncərə"nin yaradılması istiqamətində beynəlxalq idman federasiyaları ilə iş aparılır. Koutsun fikrincə, olimpiada tennis üzrə iyulun ortalarında başa çatacaq Uimbldon və avqustun sonlarında başlanacaq US Open arasındakı dövrdə təşkil olunmalıdır. 
O, əlavə edib ki, cədvəl su idman növləri (16 iyul - 1 avqust) və atletika üzrə dünya çempionatı (6 - 15 avqust) ilə toqquşmadan qaça bilib-bilmələrindən asılı olacaq. Daha öncə hər iki növ üzrə beynəlxalq federasiyalar çempionat vaxtını dəyişməyə hazır olduqlarını bildiriblər.  
IOC rəsmisi Oyunların tarixini yaxın 4 həftə ərzində təsdiqləmək istədiklərini diqqətə çatdırıb. 
Qeyd edək ki, Tokio-2020 koronavirus pandemiyası ilə əlaqədar təxirə salınıb. 
Xəbər 561 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR