Qasım-Jomart Tokayev Kiyevə açıq şəkildə bildirdi ki, Rusiya ilə Ukrayna arasında hərbi münaqişə bitməmiş Vladimir Zelenskinin Qazaxıstana səfəri arzuolunmazdır.
Aktual.az xəbər verir ki, bu barədə "Novosti Qazaxıstan” Teleqram kanalı məlumat yayıb.
"Qazaxıstan hakimiyyəti Ukraynadan üz döndərmək niyyətində deyil. Aydındır ki, bu ölkənin əzab çəkən xalqına müəyyən mərhəmət var. Bununla belə, geosiyasi reallıq öz sözünü deyir. Zelenskinin gəlişi və onun yüksək səviyyədə qəbulu Rusiya rəhbərliyi tərəfindən son dərəcə mənfi qarşılanacaq və bu, geridönməz nəticələrə gətirib çıxara bilər. Ona görə də qərara gəldilər ki, indi belə səfərlərin vaxtı deyil”, - məlumatda qeyd olunub.
Xəbər 79 dəfə oxunub.