Ölkələrimiz qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək üçün böyük imkanlara malikdir. Ekologiya və iqlim dəyişikliyinin nəticələri ilə mübarizə sahəsində əməkdaşlıq böyük əhəmiyyət kəsb edir.
Aktual.az xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Astanada keçirilən Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə çıxışı zamanı deyib.
"Biz oxşar çağırışlarla üzləşirik, ona görə də qarşılıqlı fəaliyyətin genişləndirilməsi, koordinasiyanın artırılması və iqlim gündəliyi üzrə təcrübə mübadiləsi xüsusi əhəmiyyətə malikdir. Fürsətdən istifadə edərək, Azərbaycan Prezidentinə, hörmətli dostumuz İlham Heydər oğluna bu payız COP29 qlobal iqlim konfransının keçirilməsində uğurlar arzulayıram”, - Tokayev bildirib.
Xəbər 669 dəfə oxunub.