Tofiq Yaqublunun həbs müddəti uzadılıb

Tofiq Yaqublunun həbs müddəti uzadılıb

Milli Şuranın üzvü Tofiq Yaqublu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı vəsatətə baxılıb.
Aktual.az xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə vəsatət təmin edilib. Tofiq Yaqublu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.
Xatırladaq ki, Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham edilir.


Xəbər 190 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR