"Tofiq Yaqublu və onun kimilər hətərəm-pətərəm danışmasınlar!” - EKSPERT RƏYLƏRİ


Həftə səkkiz, mən doqquz "Osmanqızı TV"də Azərbaycan əleyhinə şər-böhtanlar yağdıran Əli Kərimli tərəfindən təlimatlandırılan Tofiq Yaqublunun Xankəndi separatçılarının qondarma başçısı Araik Arutyunyanın dili ilə danışması, "Dağlıq Qarabağ ermənilərinin statusu olmalıdır" söyləməsi belə bir şübhə yaradır ki, illərdən bəri dağıdıcı müxalifət düşərgəsindəki partiyalar arasında yerdəyişmələr üzrə çempion olan Tofiq Yaqublu həm də Rusiyanın adamı Ruben Vardanyandan, hətta Azərbaycanın qatı düşməni Fransa Prezidenti Emmanuel Makrondan da təlimat ( yəni, qrant) alır. Tofiq Yaqublunun dilinin əzbəri olan və erməni sevgisindən qaynaqlanan "status" məsələsi bu milli xəyanətkarın yaralı yeridir.
 
Aktual.az xəbər verir ki, SİA mövzu ilə bağlı siyasi ekspertlərin rəyini öyrənib.


Milli Məclisin deputatı Elşən Musayev: "Tofiq Yaqublu yenə "gül vurub” və əmin olun ki, bunu qəsdən edib! Çünki Tofiq və onun kimilər eynən erməni kimi düşünürlər, erməni kimi yaşayırlar, erməni kimi arzulayırlar. Əsas səbəb bax budur!

Yaqublu hansı statusdan danışıb? Nə məqsədlə danışıb? Niyə danışıb? Səbəb nədir? – Bax bu sualların cavabı verilməlidir. Üstəlik, təcili! Hər halda yenə nəsə oyun qurublar və bu açıqlama hansısa növbəti riyakar gedişə, alçaq məqsədə hesablanıb. Ssenari isə heç şübhə etmirəm ki, anti-milli ünsür, satqınbaşı Əli Kərimli tərəfindən yazılıb. Yəqin erməni dostlarına, həmfikirlərinə əvvəldən söz veriblər ki, belə bir məsələni ortalığa atacayıq, siz də dəstək olarsız. Zatən Əli Kərimlinin oğlu erməni lobbisi ilə sıx işləyir və lazımi məlumatları onlardan atasına, atasından da onlara ötürür. Yəni, ailədən seçdikləri koordinator da var.

50 dəfə deyilib ki, heç bir statusdan söhbət gedə bilməz. Status ola bilməz. Qarabağda yaşayan ermənilər yalnız Azərbaycan vətəndaşlığını qəbul edəcəkləri halda bütün imtiyazlardan istifadə edə bilərlər. Vəssalam! Başqa alternativ yoxdur. Ola bilməz! Tofiq Yaqublu və onun kimilər də məlum həqiqəti dərk etsinlər, anlasınlar və bundan sonra hətərəm-pətərəm danışmasınlar!”.
 
Milli Məclisin deputatı Tahir Kərimli: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev böyük cəsarətlə bildirib ki, ermənilərin statusu cəhənnəmə gedib. Bundan sonra heç bir statusdan söhbət gedə bilməz. Sadəcə olaraq bu mərd hadisəni müxalifət, o cümlədən Tofiq Yaqublu heç cür həzm edə bilmir. Ötən gün Sevinc Osmanqızının verilişində bildirilib ki, Azərbaycanda yaşayan bütün xalqlara status vermək lazımdır. Onlar birbaşa ermənilərin və Qərbin istəyi yönündə fəaliyyət göstərirlər. Blogger Vidadi İsgəndərli dedi ki, Sevinc Osmanqızı və digərlərinə Azərbaycan əleyhinə fəaliyyətə görə külli miqdarda pul ayrılır. Onlar özləri də açıq şəkildə bildirirlər ki, Qərbin və ermənilərin pulu ilə Azərbaycan dövləti əleyhinə xidmət göstərirlər. Ona görə də onların heç birinə güvənmək olmaz. Bu, Azərbaycana böyük bir zərbədir. Azərbaycan Respublikasının qanunu ilə Dağlıq Qarabağ statusu ləğv olunub və Prezidentin fərmanı ilə Qarabağ iqtisadi rayonu yaradılıb. Ermənilər ölkəmizdə yaşayan heç bir millətdən artıq deyil. Azərbaycan Federasiyaya çevrilə bilməz. Ona görə də ermənilərin çıxış yolu Azərbaycan vətəndaşlığını qəbul etməkdir".


 








Xəbər 1186 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR