"Bakı şəhərində bəzi ərazilərdə yollarda müşahidə olunan tıxacların yağışlı hava ilə heç bir əlaqəsi yoxdur”.
Aktual.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında "Azəravtoyol” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli deyib. Onun sözlərinə görə, hazırda qeyri-sabit hava şəraiti ilə bağlı respublikanın avtomobil yollarında hər-hansı bir problem müşahidə olunmur: "Ötən gün bəzi ərazilərdə yolların su basması ilə müşahidə olunan problemlər aidiyyəti qurumlar tərəfindən aradan qaldırılıb. Bu gün Binəqədi şossesindən başqa heç bir yolda subasma ilə bağlı problem yoxdur. Avtonəqliyyat vasitələrinin normal və maneəsiz şəkildə hərəkəti təmin olunub”.
A.Nəcəfli Binəqədi şossesində yaranan subasmaların isə yaxınlıqda olan bir neçə açıq su kanallarının daşması nəticəsində baş verdiyini vurğulayıb: "Yola su dolub. Hazırda bu ərazidə olan problemin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər aparılır. Sedan tipli avtomobillərin həmin ərazidən keçməsi tövsiyyə olunmur”.
Aktual.az
Xəbər 564 dəfə oxunub.