Bu ayın sonunadək yollarda tıxacları interaktiv şəkildə nümayiş etdirən sistem "GoMap" elektron xəritəsinin mobil tətbiqinə inteqrasiya ediləcək.
Aktual.az bildirir ki, bu barədə Trend-ə SINAM şirkətində məlumat verilib.
SINAM şirkəti Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılmış "GoMap" layihəsinin icraçısıdır.
Bu sistem elektron xəritənin Web versiyasında artıq mövcuddur.
Sürücülərin tıxaclar barədə məlumatlandırılmasının yeni üsulu FM diapazonlu radiokanallardan istifadə edəcək. Nəqliyyat hərəkətinin daha sıx olduğu yerlər mobil elektron xəritədə qeyd olunacaq.
Aktual.az Xəbər 414 dəfə oxunub.