Tiktok ABŞ-a məxsus investorlar qrupu tərəfindən idarə olunacaq.
Aktual.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social” şəbəkəsində yazıb.
"Tiktokun xilas edilməsində kömək etdiyim üçün çox xoşbəxtəm. İndi o, amerikalı investorlardan ibarət bir qrup tərəfindən idarə olunacaq və vacib bir səs rolunu oynayacaq.
Tiktok mənim 2024-cü il prezident seçkilərində gənclərdən daha çox səs almağımda kömək edib. Ümid edirəm ki, gələcəkdə Tiktok istifadəçiləri məni xatırlayacaq”, - Tramp bildirib.
Xəbər 81 dəfə oxunub.