Azərbaycanda tikinti şirkətinin rəhbəri barəsində axtarış elan olunub.
Aktual.az-ın APA-ya istinadən məlumatına görə, “Ulduz-S” MMC-nin direktoru Elçin Yaqub oğlu Babayev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. Bakı şəhərinin Xətai rayon Polis İdarəsi bu ilin sentyabr ayından onun barəsində axtarış elan edib.
Hazırda E. Babayevin yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.