Tikinti qadağan edilən yerlərdə yaşayanların aqibəti necə olacaq? - VİDEO

Tikinti qadağan edilən yerlərdə yaşayanların aqibəti necə olacaq?   - VİDEO

Vətəndaş torpağı istədiyi kimi istifadə edə bilməyəcək.

Ölkə ərazisində təhlükəli sürüşmə sahələrinin adları açıqlanıb.

Aktual.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, bu, coğrafi koordinatları müəyyən edən xəritədə öz əksini tapıb.

Torpaq sahəsinin mənsubiyyətindən asılı olmayaraq, xəritədə göstərilən sahələrdə tikinti işlərinin aparılması qadağandır.

Bəs görəsən hansı rayonda neçə təhlükə zonası var və hazırda burada yaşayan insanların aqibəti necə olacaq?

Əvvəllər sürüşmə sahələri müəyyən olunmadığından torpaq satılarkən binanın illər sonra çatlayacağı nəzərə alınmırdı. Bu isə sonradan problemə yol açırdı.

2015-ci ilin dekabr ayından etibarən ölkə ərazisində "Abşeron yarımadası istisna olmaqla, təhlükəli sürüşmə sahələrinin xəritələri" hazırlanıb.

Artıq vətəndaş istədiyi torpağı alıb təyinatına uyğun istifadə edə bilməyəcək.

Ağsu və İsmayıllıda 5, Cəlilabad, Gədəbəy, Göygöl, Xızı, Masallı, Tovuzda 1, Quba və Qusarda 4, Lənkəran və Şabranda 3, Şamaxıda 7 sürüşmə sahəsi var.

Nazirlər Kabineti xəritədə göstərilən bu sahələrdə tikinti işlərinin qadağan edilməsi haqqında qərar verib.

Bu sürüşmə sahələrinin çoxunda yaşayış massivləri, fərdi evlər və obyektlər yerləşir. Bir neçə il əvvəl Abşeron yarımadası üçün istifadə olunan model burada da tətbiq olunacaq. Evlər hissə-hissə köçürüləcək.

Qeyd edək ki, hazırda Abşeron yarımadasında da təhlükəli sürüşmə sahələrinin xəritəsi hazırlanır.

Xəbər 510 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR