Tikinti materiallarının qiyməti qalxacaq? - RƏY

Tikinti materiallarının qiyməti qalxacaq?   - RƏY

Yerli şirkətlər belə hesab edir.

Mənzil bazarındakı durğunluq tikinti materialları bazarından da yan keçməyib.

Aktual.az Oxu.az-a istinadən xəbər verir ki, “İteca Caspian” şirkətinin təşkil etdiyi “BakuBuild-2015”, 21-ci Azərbaycan Beynəlxalq İnşaat sərgisi çərçivəsində hazırda tikinti materialları bazarındakı son vəziyyətlə tanış olmaq üçün bir çox yerli şirkət rəsmilərinin məsələ ilə bağlı fikirləri öyrənilib.

Belə ki, yerli tikinti materiallarının istehsalı ilə məşğul olan şirkətin rəsmisi bildirib ki, yaxın gələcəkdə qiymətlər qalxacaq:

“Manatın devalvasiyasından sonra 99% şirkət istehsal etdiyi məhsulun qiymətini təxminən 20% qaldırıb. Hətta qeyd edim ki, yaxın gələcəkdə, Parlamentə seçkilərdən sonra, bütün tikinti məhsulların istehsalı ilə məşğul olan şirkətlər qiyməti qaldıracaq”.

Şirkətin rəsmisi bildirib ki, qiymət aşağı olsa da belə, alıcılar zəifdir:

“Amma onu da vurğulayım ki, azərbaycanlı alıcı həmişə baha məhsul axtarır, çüki onlar fikirlərşir ki, ucuz məhsulun keyfiyyəti də aşağıdır. Bizim şirkət devalvasiyadan sonra belə qiyməti qaldırmadı, amma bu o demək deyil ki, məhsullarımız ucuz olduğuna görə, keyfiyyətsizdir”.

Başqa bir şirkətin rəsmisi isə qeyd edib ki, tikinti işləri zəiflədiyinə görə, satışlar da azalıb:

“Azərbaycanda son 7-8 ay içərisində bütün sahələrdə olduğu kimi, tikinti materialları sahəsində də bir az işlər durğun keçir. Amma ümid ediirk ki, qısa müddətdə, bu düzələcək. Bu şirkətin mənfəətinə də pis təsir edir.

Belə ki, hazırda tikinti işləri zəifləyib, buna görə də məhsullarımızın satışı da aşağı düşüb. Bu da şirkəti çətinliklə üzləşdirir. Bilirsiz ki, şirkətdə xeyli işçi işləyir, bir sıra xərclərimiz var”.

Şirkətin rəsmisi onu da vurğulayıb ki, qiymətlər aşağı düşsədə belə, satış azalıb.

Sement istehsalı ilə məşğul olan başqa bir şirkət isə qeyd edib ki, alıcılıq qabilliyyəti aşağı olsa da belə, şirkətlər arasında rəqabət çox güclüdür:

“Ümumiyyətlə, Azərbaycandakı vəziyyətdən xəbərdarsız. Ümumdünya iqtisadi böhran istər-istəməz ölkəyə də təsir edir. Bu o deməkdir ki, tikinti bazarına da öz təsirini göstərir. Bu isə ona gətirib çıxarır ki, qiymətlər istər-istəməz aşağı düşür.

Həm də ki, hazırda bazarda rəqabət daha güclüdür. Bugünki gün Azərbaycanda istehsal edilən sementin miqdarı daha çoxdur, nəyinki tələbat. Tikinti az olduğu üçün sement də bilirsiz ki, tikintidə aparıcı qüvvədən biridir. Odur ki, ümumi tikinti aşağı düşdüyündən sementə olan tələbat da aşağı düşüb”.

Oxu.Az hazırda bazarın ümumi xarakteristikasını verməsi üçün mənzil bazarı üzrə ekspert Nüsrət İbrahimovun da fikirlərini öyrənib.

N.İbrahimovun sözlərinə görə, qiymətlər azalmağa meyillidir:

“Bu dəqiqə bazarda süstlükdür. Bir tərəfdən, bazar üçün qeyri-mövsümü aylardır, digər tərəfdən isə tikintinin həcmi xeyli aşağı düşüb, ona görə də tikinti materialları bazarında aktivlik çox aşağı səviyyədədir. Son ayların rəqəmləri göstərir ki, qiymətlər də düşməyə meyillidir. Yəni, ötən ay az da olsa, 0,3% qiymət azalaması var, ondan əvvəl 1,1% qiymət azalması müşahidə edilirdi. Rəqəmlər çox kiçik də belə olsa, azalmaya meyillidir”.

Eskpertin sözlərinə görə, bazardakı bu vəziyyət martın sonu, aprel aylarında düzələ bilər:

“Adətən tikinti bazarı canalanana qədər bu tendensiya davam edə bilər. Tikinti bazarı isə mart ayının sonundan, aprel ayında canlanmağa başlayır. Qış ayları tikinti materialları bazarı üçün qeyri- mövsümü aylardır. Rusiyadan gələn tikinti materiallarında müəyyən azalmalar müşahidə edilir. Bu aylarda daxili istehsalda müəyyən azalmalar müşahidə edilir.

Bu da bazarın aktivliyinin aşağı düşməsi ilə bağlı olur, çünki qeyri-mövsümi aylar tikinti sektorunda aktivlik aşağı düşür, tiikintinin həcmi azalır, ona görə də istehsalın həcmi də azalır. Bununla belə, Rusiyadan gələn materiallarda az da olsa qiymət artımı var, amma yerli istehsal olan tikinti materiallarının qiymətində stabillik müşahidə edilir, amma bəzilərin də isə azalmalar var”.

Bundan başqa, noyabr seçkilərindən sonra qiymətlərin qalxacağı ilə bağlı fikirləri isə əssasız olduğunu vurğulayıb:

“Bu məlumat qeyri-realdır, çünki onun üçün bir məntiq yoxdur” - deyə, İbrahimov əlavə edib.

Xəbər 950 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR