Tikinti bazarındakı yanğın söndürüldü

Tikinti bazarındakı yanğın söndürüldü

Yeni Moskva ərazisində yerləşən “Molotok” tikinti bazarındakı yanğın söndürülüb.

AzNews.az xəbər verir ki, bu haqda məlumat FHN-in Moskva şəhər idarəsinin saytında yer alıb. 

Yanğının söndürülməsində 3 vertolyot iştirak edib. Hadisə zamanı binanın bir hissəsi uçub.

Xəsarət alanlar haqda məlumat verilmir.

***

09:32

Rusiyanın paytaxtında Yeni Moskva ərazisində “Molotok” adlı tikinti bazarı yanır.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı “gazeta” portalı Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva şəhər idarəsinin saytına istinadən yayıb.

Kalujsk şossesindən 42 km aralıda yerləşən bazarda yanğın 600 kvadrat metr ərazini əhatə edir.

Hazırda hadisə yerində 78 yanğınsöndürən çalışır.

Aktual.az

 
Xəbər 438 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR