Tiflisin AB-yə “yolu” donduruldu: seçkini gözləyirik

Tiflisin AB-yə “yolu” donduruldu: seçkini gözləyirik
  • DÜNYA

Oktyabrın 14-də AB-yə üzv ölkələrin xarici işlər nazirləri Gürcüstan və Moldovada seçkiqabağı vəziyyəti müzakirə ediblər.
Aktual.az bunu AB-nin xarici siyasət xidmətinin rəhbəri Jozep Borrell deyib.
"Hər iki ölkəni qarşıdakı həftələrdə həlledici seçkilər gözləyir. Moldova Rusiyanın artan təzyiqlərinə baxmayaraq, Avropa Birliyinə üzv olmaq yolunda mühüm irəliləyiş əldə edib. Gürcüstandakı mənzərə Moldova ilə müqayisədə daha mürəkkəbdir. Hakim partiyanın hərəkətləri, bəyanatları və seçki vədləri ölkəni AB-yə üzvlük yolundan uzaqlaşdırır və avtoritarizmdən xəbər verir. Buna görə də Gürcüstanın AB-yə üzvlük prosesi faktiki olaraq dayandırılıb”, - Borrell bildirib.
Onun sözlərinə görə, qarşıdan gələn parlament seçkilərinin nəticələrini gözləmək lazımdır:
"Bu, Gürcüstanın demokratiyası və Avropa Birliyinə qoşulma yolu üçün həlledici sınaq olacaq”.
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri 26 oktyabrda keçiriləcək.
Xəbər 202 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR