İlk növbədə gey təbliğatı və xarici agentlər haqda bütün antidemokratik qanunların geri götürülməsi müqabilində Gürcüstana Avropanın maliyyə yardımının bərpa ediləcəyinə söz verirəm.
Aktual.az xəbər verir ki, bu barədə Avropa Birliyinin Xarici Siyasət Xidmətinin rəhbəri Jozep Borrell deyib.
"Avropa Birliyi Gürcüstan hökumətinin antidemokratik addımlarına cavab verdi. Gürcüstanın AB-yə inteqrasiyası prosesi əngəlləndi, siyasi dialoqun səviyyəsi aşağı salındı və Avro Sülh Fondu vasitəsilə 30 milyon avro məbləğində yardım dayandırıldı”, - Borrell bildirib.
Xəbər 125 dəfə oxunub.