Gürcüstanın paytaxtı Tiflisdə yaşayış binasında partlayış baş verib.
Aktual.az xəbər verir ki, partlayışın baş verməsinə səbəb binada qaz sızması səbəb olub. Partlayış zamanı bir neçə mənzilin divarları dağılıb.
Həmçinin partlayış baş verən mənzilin şüşələri də sınıb. Hadisə nəticəsində dörd nəfər ağır yaralanıb və yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Partlayış baş verən əraziyə xilasedicilər və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Tiflisin meri David Narmanianın məlumatına görə, Tiflisdə çoxmərtəbəli evdə qazın partlaması nəticəsində ağır yaralanmış 4 insan dünyasını dəyişib. Bundan başqa, daha 8 nəfər isə yaralanıb.
Bir müddət öncə də Tiflisdə bir yaşayış binasında bədbəxt hadisə baş vermişdi. Belə ki, tikinti işi gedən yaşayış binasında uçqun olmuşdu. Həmin uçqun zamanı 4 insan dağıntılar altında qalıb. Yerli mətbuatın yaydığı məlumata görə, uçqun altında qalanlardan 3-ü hadisə yerində dünyasını dəyişib. Digər 1 nəfəri isə xəstəxanaya çatdırılsada, onu xilas etmək mümkün olub.
Tiflisdə bina uçqunu ilk belə hal deyil. 2010-cu ildə də Gürcüstanın paytaxtında analoji hadisə baş verib. Milli Qvardiya İdarəsinə məxsus çoxmərtəbəli bina uçub. Tiflisin köhnə Ortaçala məhəlləsində yerləşən binada dağıntı zamanı 4 nəfər uçqun altında qalmışdı. Hadisəyə qədər binada təmirqabağı təmizlik işləri aparılırdı.
Xəbər 498 dəfə oxunub.