Tiflisdə aksiya: 43 nəfər saxlanıldı, 32 polis yaralandı

Tiflisdə aksiya: 43 nəfər saxlanıldı, 32 polis yaralandı
  • DÜNYA

Gürcüstan parlamentinin yaxınlığında keçirilən etiraz aksiyası zamanı 43 nəfər saxlanılıb.
Aktual.az xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb.
"Daxili İşlər Nazirliyi qeyd edib ki, 43 nəfərin hamısı polisin qanuni tələblərinə tabe olmadıqlarına və xırda xuliqanlığa görə saxlanılıb. Aksiya zamanı etirazçılardan bəziləri dəfələrlə təxribat xarakterli hərəkətlər ediblər”, - məlumatda deyilir.
Həmçinin toqquşmalarda 32 polisin xəsarət aldığı da vurğulanıb.
Qeyd edək ki, ötən gün Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkəsinin AB-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırdığını və qrantlardan imtina etdiyini bildirib. Bunun ardınca müxalifət Tiflisdə geniş aksiyalara başlayıb. Aksiyaya Prezident Zurabişvili də qatılıb və ölkədə konstitusion çevriliş baş verdiyini iddia edib.
Xəbər 72 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR