Gürcüstan oktyabrın 18-də İstanbulda Cənubi Qafqaz üzrə "3+3” platforması çərçivəsində keçiriləcək danışıqlarda təmsil olunmayacaq.
Aktual.az xəbər verir ki, bu barədə TASS-a Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
"Xeyr, İstanbulda keçiriləcək 3+3 platforması toplantısına qatılmayacağıq. Gürcüstan çoxdan bəyan edib ki, bu formatda işləmir”, - məlumatda deyilir.
Xəbər 525 dəfə oxunub.