AŞPA Gürcüstandakı seçki ilə bağlı qəbul etdiyi qətnamədə faktiki olaraq gürcü xalqının seçimini ləğv etmək istəyir, bu, daxili işlərə qarışmaqdır.
Aktual.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili "İmedi” telekanalının efirində deyib.
"Heç kimin gürcü xalqının iradəsini ləğv etməyə haqqı yoxdur. AŞPA-da məhz belə bir cəhd gördük. Hər kəsi obyektiv olmağa və qırmızı xətləri keçməməyə çağırırıq”, - o bildirib.
Qeyd edək ki, respublikanın hakimiyyət orqanlarını yeni parlament seçkisi keçirməyə çağıran qətnamənin qəbuluna görə Gürcüstan nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırıb.
Xəbər 51 dəfə oxunub.