Ticarət Mərkəzində baş verən yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib

Ticarət Mərkəzində baş verən yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat açıqlayıb.
Aktual.az  Nazirliyin saytına istinadən bildirir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 4000 kvadratmetr “BİG” Store ticarət mərkəzinin 300 m2 sahəsi yanıb. Yüksək temperaturdan tavan 1050 m2 sahədə dağılıb. Hadisə zamanı yaşayış binasından 90 nəfər sakin (30 nəfər uşaq, 60 nəfər sakin) yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub, onlardan 10 nəfəri tüstüdən zəhərlənmə diaqnozu ilə təcili yardım tərəfindən Toksikologiya şöbəsinə aparılıb.
Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, respublikanın baş toksikoloqu Azər Maqsudov APA-ya açıqlamasında bildirib ki, tüstüdən zəhərlənən 10 nəfərə tibbi yardım göstərilib.
Baş toksikoloq qeyd edib ki, 10 nəfərin hamısı evə buraxılıb.
Ticarət mərkəzinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 09:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Xəbər 455 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR