Tibbi yardımı qanuna uyğun qaydada göstərməyənlər cərimələnəcək

Tibbi yardımı qanuna uyğun qaydada göstərməyənlər cərimələnəcək

Azərbaycanda ixtisaslaşdırılmış tibbi yardımın göstərilməməsi hallarına görə cəza tətbiq olunacaq.


Aktual.az Apa-ya istinadən xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə bununla bağlı yeni maddənin əlavə olunması müzakirəyə çıxarılıb.

Yeni 215.3-cü maddəyə görə, ixtisaslaşdırılmış tibbi yardımın “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda nəzərdə tutulmuş qaydada göstərilmədiyi hallarda 500 manat miqdarında cərimə tətbiq olunmalıdır.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbər 336 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR