Azərbaycan Tibb Universitetinin yeni rektorunun adı məlum olub.
Aktual.az Modern.az-a istinadən xəbər verir ki, təhsil ocağının yeni rəhbəri Gəray Gərayzadədir.
Gəray Gərayzadəni səhiyyə naziri Oqtay Şirəliyev kollektivə təqdim edib.
Qeyd edək ki, Gəray Gərayzadə bu təyinatadək respublikanın baş psixiatrı vəzifəsində çalışırdı.