İranda bir ay əvvəl başlayan tibb bacılarının etiraz aksiyaları ölkənin müxtəlif şəhərlərində davam edir.
Aktual.az xəbər verir ki, bu barədə insan haqları fəalları məlumat yayıb.
Bildirilib ki, etirazçılar Məsud Pezeşkianın tibb bacılarının tələblərinin yerinə yetirməsinə dair vədlərinə məhəl qoymayıblar.
Qeyd edək ki, tibb bacıları əmək haqlarının artırılması, əlavə iş saatına görə ödəniş edilməsini tələb edirlər.
Məsud Pezeşkian avqustun 31-də ölkə televizyasındakı çıxışında tibb bacılarının, müəllimlərin, əczaçıların və əklinçilərin problemlərinin həlli üçün Milli İnkişaf Fondundan vəsait ayrılacağına söz verib.
Xəbər 219 dəfə oxunub.