Töhmət aldı müdirin başını kəsdi - Foto

Töhmət aldı müdirin başını kəsdi   - Foto

Siqaret çəkdiyi üçün xəbərdarlıq alan işçi müdirin başını kəsdi. 

"Qafqazinfo"nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, hadisə Türkiyədə Bursa vilayətində baş verib.

Uşaq Xəstəlikləri Xəstəxanasında qapalı məkanda siqaret çəkən 32 yaşlı tibb işçisi M.Ç müdir tərəfindən bir neçə dəfə töhmət alsa da, dünən yenə bu qaydanı pozub və ona təkrar xəbərdarlıq edilib. Bundan sonra tibb işçisi xəstəxananın rəhbəri Cihat Yenigünün otağına gedib onunla mübahisə edib. Mübahisə zamanı o əlindəki kəsici alətlə müdirin boğazını kəsib.

Həkimlərin təcili müdaxiləsi ilə müdirin boğazına bir neçə yerdən tikiş qoyulub. Hadisəni törədən tibb işçisi həbs olunub.

Aktual.az

 
Xəbər 947 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR