"The Jakarta Post" qəzetində 20 Yanvar faciəsi ilə əlaqədar məqalə dərc edilib


20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar İndoneziyada geniş auditoriyaya malik nüfuzlu "The Jakarta Post" qəzetində məqalə dərc edilib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın İndoneziyadakı səfirliyindən verilən məlumata əsasən, "İşğalçı zülmə bəraət qazandırmağa cəhd etdiyində" başlıqlı məqalədə 26 il əvvəl 1990-cı il 20 Yanvar tarixində 26 minlik sovet ordusunun Azərbaycanın paytaxtı Bakıya hücum etməsindən bəhs edilir. Azərbaycan Baş Prokurorluğunun rəsmi istintaq hesabatına istinad edilərək, işğal nəticəsində 132 insanın öldürüldüyü, 612 nəfərin yaralandığı, 841 nəfərin qeyri-qanuni həbs edildiyi diqqətə çatdırılır. Yüzlərlə bina və digər əmlakların dağıdıldığı, həm dövlətə, həm də əhaliyə mühüm maddi zərər yetirildiyi qeyd edilir.

Məqalədə deyilir ki, sovet rəhbərliyi bu hücumu Bakıdakı erməniləri təxliyə etmək zərurəti ilə izah etmişdilər. Lakin bu yalan idi. Çünki Bakıda ermənilərə qarşı "törədilmiş" qondarma "qırğın"la bağlı elementar faktlar mövcud olmadığına görə mülki hakimiyyət ləğv olunduqdan sonra Sovet Hərbi Komendaturası SSRİ Hərbi Prokurorluğu ilə birgə istintaqa başlamamışdı. Bu, sadəcə olaraq hücuma bəraət qazandırmaq üçün bir bəhanə idi, əsl məqsəd isə müstəqillik uğrunda milli hərəkatı və Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərinə qarşı dinc etirazları yatırtmaq idi.

Məqalənin sonunda SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçovun hadisələrlə bağlı 27 aprel 1995-ci ildə İstanbulda etdiyi etirafdan sitat gətirilir: "Bakıya qoşunların yeridilməsi və fövqəladə vəziyyətin elan edilməsi siyasi fəaliyyətimin ən böyük səhvləri olub".

Xəbər 450 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR