Əgər tez-tez qrip olanlar varsa, mütləq oktyabr-dekabr ayları arasında vaksin olunmalıdırlar.
Aktual.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin İnstaqram səhifəsində canlı yayımda Nazirliyin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.
Həkimin sözlərinə görə, immuniteti təbii yollarla yanaşı dərman preparatları ilə də gücləndirmək olar:
"Lakin bu halda mütləq həkim müayinəsindən keçmək lazımdır. İmmun sistemini gücləndirməyin ən yaxşı yolu düzgün qida rasionunun formalaşmasıdır. Eləcə də yuxu rejiminə fikir vermək, aktiv həyat keçirmək önəmlidir. Multivitaminlərlə də orqanizmi gücləndirmək olar, lakin bu, həkim nəzarəti olmadan edilməməlidir”.
Xəbər 8830 dəfə oxunub.