Yoldaşınızla, sevgilinizlə və ya qohumlarınızla mübahisə edərkən bir daha düşünün!
Aktual.az türk mediasına istinadən, Danimarkalı aluimlərin maraqlı bir araşdırmasını təqdim edir.
Araşdırmaya görə, yoldaşınızla, dostunuzla və ya qohumlarınızla tez-tez mübahisə etmək orta yaşda ölüm riskini 2-3 dəfə artırır.
Nəticələri "Journal of Epidemiology and Community Health” jurnalında yayımlanan araşdırma göstərir ki, mübahisələrdən ən çox zərər çəkən tərəf kişilər və işsizlər olur. Mübahisə həll edilmədikdə, onlarda ölüm riski 2-3 dəfə artır.
Araşdırmada, "kişilərin kortizol səviyyələrinin, stress faktorları qarşısında, qadınlarınkından daha çox artım göstərdiyi” məlum olub. Stresli ictimai əlaqələrlə erkən ölüm arasındakı əlaqə araşdırılarkən, yaşları 36 ilə 52 arasında olan 9 min 875 qadın və kişi ilə bağlı məlumatlardan istifadə edilib.
Araşdırmada, tez-tez uşaqlarından və həyat yoldaşlarından qaynaqlanan tələb və narahatlıqların ölüm riskini 50% artırdığı müşahidə edilib. İşsizlik faktorunun ictimai əlaqələr üzərində mənfi təsiri artırması, işsizlərin, iş sahiblərinə nisbətən, hər hansı bir səbəbdən ölmə ehtimalının əhəmiyyətli dərəcədə yüksək olması da nəzərə çarpıb.
Əlavə olaraq, xüsusilə, həyat yoldaşlarının tələb və narahatlıqlarına qarşı müdafiəsiz qaldıqları zaman, kişilərin ölüm nisbətinin daha da yüksək olduğu qeyd edilib.
İsmət Abbas/Aktual.az