Təyyarəni vurub bayram elədilər

Təyyarəni vurub bayram elədilər

Misir Hava Yollarına (EgyptAir) məxsus Aralıq dənizində qəzaya uğrayan təyyarənin İŞİD tərəfindən vurulduğu barədə xəbər yayılıb.

Aktual.az axar.az-a istinadən bildirir ki, İŞİD-in mətbu orqanı təyyarənin təşkilat üzvləri tərəfindən vurulduğunu iddia edib. Terrorçular Rakka şəhərində bu hadisəni bayram səviyyəsində qeyd ediblər.

Misir Hava Yolları hələlik məsələyə münasibət bildirməyib.

Xatırladaq ki, Parisdən Qahirəyə uçan Misir Hava Yollarına ("EgyptAir") məxsus Airbus A320 təyyarəsinin qəzaya uğraması nəticəsində 12 ölkədən 66 sərnişin və ekipaj üzvü həlak olub. Sərnişinlər arasında ABŞ prezidenti Obamanın müşaviri də olub.

Xəbər 542 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR