"Təyyarəni vurmaq əmrini mən verməmişəm" - Əhməd Davudoğlu

  • DÜNYA


Türkiyənin baş naziri Əhməd Davutoğlu bildirib ki, Rusiyanın `Su-24` bombardmançı təyyarəsini vurmaq əmrini o verməyib.

Bu haqda Aktual.az AzVision.az -a istinadla xəbər verir.

- Mən 17 saniyə ərzində bu əmri necə verə bilərdim? Mümkün deyil axı. Baş nazir təhlükələrə reaksiya verilməsi qaydalarının qüvvəyə minməsini təsdiqləyir. Bu qaydalar da yeni deyil. Həmin hadisədən iki gün əvvəl Baş Qərargah bu qaydaların tətbiq olunması səlahiyyətlərini ölkənin Hərbi Hava Qüvvələri komandanlığına ötürmüşdü,- deyə baş nazir bildirib.

Bununla belə, Davudoğlu deyib ki, təyyarənin vurulmasını düzgün sayır, çünki `Ölkənin hava məkanını müdafiəsiz qoymaq olmazdı`.

Xəbər 477 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR