Bu gün səhər saatlarında “EgyptAir” aviaşirkətinə məxsus `Airbus A320` təyyarəsini qaçıran şəxs həbs olunub.
Bu barədə `Reuters` Kipr hökumətinə istinadən xəbər verir.
Qeyd edək ki, bu gün İsgəndəriyyədən Qahirəyə uçan, göyərtəsində 55 sərnişin və 7 ekipaj üzvü olan təyyarə qaçırılıb. Sərnişin təyyarəsi Cənubi Kiprin Larnaka hava" hava limanına enib. Misir təyyarəsini qaçıran Kiprdə siyasi sığınacaq istəyib. Onun digər tələbləri barədə hələ məlumat yoxdur.// AzVision.az